Azenru

SINAM şirkətinin prezidenti Elçin Əliyev İKT üzrə Azərbaycan-İsveç biznes forumunda çıxış edib

18 may 2016-cı il tarixində İsveçin Azərbaycandakı Səfirliyinin və “Business Sweden” şirkətinin təşkilatçılığı ilə Nobel Qardaşlarının Ev Muzeyində İKT üzrə Azərbaycan-İsveç biznes forumu keçirilmişdir. Tədbirdə 8 İsveç və 40-a yaxın yerli şirkət iştirak etmişlər.

Forumda SINAM şirkətinin prezidenti Elçin Əliyev Azərbaycanın İKT sektorunun inkişafı barədə çıxış etmişdir. Öz çıxışında E.Əliyev Azərbaycanda İKT sektorunun inkişaf tendensiyaları, özəl sektora göstərilən dövlət dəstəyi və bu sahədə aparılan islahatlar, eləcə də Azərbaycan və İsveç şirkətləri arasında birgə əməkdaşlıq imkanları barədə danışmışdır.

Seçmə Proqram Təminatı

Partnyorlarımız