Azenru

Azərbaycan poçtu kənardan təhsil sistemindən istifadə edir

Müəssisə əməkdaşlarının biliklərinin artırılması məqsədilə 19 elektron tədris kursu işlənib hazırlanıb.

Tədris SİNAM şirkətinin icraçılığı ilə CLIX sistemi vasitəsilə həyata keçirilir. Bakı şəhərindəki poçt idarələrinin əməkdaşlarının hazırlanması və ixtisas dərəcələrinin artırılması elektron tədris vasitəsilə həyata keçirilir.

Poçt əməkdaşlarının biliklərinin artırılması üçün 19 elektron tədris kursu işlənib hazırlanıb. Kurslar vasitəsilə operatorlar müxtəlif maliyyə əməliyyatları, müştərilərlə əlaqə, iş etikası və s. üzrə biliklər əldə edirlər. Bundan əlavə, Microsoft ofis proqramlarından istifadə ilə əlaqədar bir neçə kurs da hazırlanmışdır.

Tətbiq edilən model çərçivəsində bütün əməkdaşlar kursları istədikləri vaxt öz iş yerlərində keçə bilirlər. Biliklərin yoxlanılması isə Azərpoçtun baş idarəsində onlayn rejimdə, həyata keçirilir.

Hazırda elektron tədris kurslarını keçmiş poçt əməkdaşlarının sayı 2,5 mindən artıqdır. Tezliklə Azərpoçtun rayon şöbələrinin əməkdaşlarının da qeyd edilən sistem vasitəsilə kurs keçmələri nəzərdə tutulub.

Seçmə Proqram Təminatı

Partnyorlarımız