Azenru

İranın elektron xəritəsi Azərbaycanın naviqasiya sisteminə inteqrasiya edilir

İranın elektron xəritəsi GoMap (gomap.az) naviqasiya sisteminə inteqrasiya edilə bilər. Gomap.az layihəsi Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə SİNAM şirkəti tərəfindən həyata keçirilib.

Hazırda İranın elektron xəritəsinin GoMap sisteminə inteqrasiyası məsələsi müzakirə mərhələsindədir.

“Daha bir yenilik Türkiyənin Infotech şirkəti ilə Türkiyənin elektron xəritəsini GoMap sisteminə daxil etməklə əlaqədar əsas razılığın əldə edilməsidir. Türkiyə ilə əlaqədar layihə qeyd edilən şirkətlə əməkdaşlıq zəminində həyata keçirilə bilər. Ancaq Türkiyənin naviqasiya xəritəsinin tam şəkildə GoMap sisteminə inteqrasiyası üçün bir sıra texniki məsələlər həll edilməlidir”, – şirkətdə bildiriblər.

Hazırda GoMap Azərbaycan və Gürcüstan ərazisində vahid marşrut təyin etməyə imkan verir. GoMap sisteminin əhatə dairəsinin genişləndirilməsi bu xidmətin Türkiyəyə gələn turistlər üçün faydalı olmasına şərait yaradır. Xəritənin təkmilləşdirilməsindən sonra Türkiyənin turist zonalarına baş çəkmək daha rahat olacaq. Bütün yol nişanları və yol hərəkəti qaydaları nəzərə alındığı üçün bu rahatlıq xüsusən avtomobil sahibləri tərəfindən hiss ediləcək.

GoMap Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda bulud texnologiyaları əsasında yaradılmış ilk resurslardandır. Marşrutun hamarlanması funksiyası da xəritəyə inteqrasiya edilib. Bundan əlavə, elektron xəritəyə tarix və mədəniyyət abidələrinin fotoşəkilləri və təsvirləri də daxildir.

Seçmə Proqram Təminatı

Partnyorlarımız