Azenru

SİNAM şirkəti Qırğızıstanın xəzinədarlıq sisteminin modernləşdirilməsi işinə namizəddir

SİNAM şirkəti Qırğızıstanın xəzinədarlıq sisteminin modernləşdirilməsi layihəsinin realizasiyası işinə namizəddir.

Layihə çərçivəsində dövlətin pul vəsaitlərinin idarə edilməsi sahəsində islahatların aparılması və Qırğızıstanın dövlət büdcəsinin icrasının effektivliyinin, onun şəffaflıq və hesabatlılığının artırılması nəzərdə tutulub.

Daha əvvəl Dünya Bankının şərtləri əsasında xəzinədarlıq sisteminin modernləşdirilməsi üçün tətbiqi proqram təminatının işlənib hazırlanması ilə əlaqədar beynəlxalq tender keçirilmiş və tenderin nəticələri əsasında Qırğızıstanın Maliyyə Nazirliyi ilə Kanadanın Free Balance və Hindistanın Telecommunications Consultants Indian Limited şirkətlərindən ibarət konsorsium arasında müqavilə imzalanmışdı.

SİNAM şirkətindən verilən məlumata görə, əvvəl Free Balance şirkəti ilə imzalanmış müqavilə ləğv edilib və hazırda layihənin realizasiyası üçün yeni podratçıların cəlb olunması nəzərdə tutulur. Odur ki, SİNAM şirkəti bu layihə üçün öz həllini təqdim etməyə hazırlaşır.

Seçmə Proqram Təminatı

Partnyorlarımız