Azenru

EMPRO - Tədrisin idarə edilməsi sisteminin daha bir ali təhsil ocağında tətbiqinə başlanılır


27 mart 2024-cü il tarixində Azərbaycan Dövlət Pedaqoji Universiteti ilə SİNAM MMC arasında EMPRO-Tədrisin idarə edilməsi sisteminin tətbiqi ilə əlaqədar müqavilə imzalanmışdır.

Müqavilə çərçivəsində ADPU-da tədrisin idarə edilməsi üzrə biznes proseslərin avtomatlaşdırılmasını təmin edən sistem modullarının tətbiqi,  yeni funksional imkanların sistemə əlavə edilməsi, ADPU-da tətbiq edilən mövcud sistemlərlə inteqrasiyanın həyata keçirilməsi nəzərdə tutulur.

Bu gün təhsil sisteminə qoyulan əsas tələb təhsilin əlçatanlığı və keyfiyyətidir ki, EMPRO sistemi bu tələblərə tam şəkildə cavab verir və onların həlli üçün bir vasitədir.

EMPRO sistemi artıq 10-a qədər təhsil müəssisəsində (universitetlər, akademiyalar, kolleclər, təlim-tədris mərkəzlərində) tətbiq olunmuşdur və hal-hazırda həmin müəssisələrdə müvəffəqiyyətlə istismar olunur.

Xəbərlər

Seçmə Proqram Təminatı

Partnyorlarımız