Azenru

SESDA - Elektron Sənəd Dövriyyəsi Sistemi və Arxiv

Sistemin təyinatı

Elektron sənəd dövriyyəsi sistemi korporativ sənədlərin, işçilərin kollektiv işinin idarə edilməsi üçün nəzərdə tutulub.

Sistem EMC Documentum platformasında işlənib hazırlanıb. EMC Documentum platforması ECM (Enterprise Content Management) sistemləri bazarında dünya lideridir.

EMC Documentum istənilən növ informasiya ilə kollektiv işin təmin edilməsi ilə əlaqədar vahid vasitə və üsulları tətbiq etməyə imkan verir və onun korporativ sistemin istənilən istifadəçisinə və xarici kontragentə çatdırılma imkanını təmin edir. Platforma məzmun (qrafik təsvir, veb-səhifə, elektron çertyojlar və s.) yaratmaq üçün istənilən istifadəçi proqramı – korporativ portal, ofis proqramları, eləcə də ERP (Enterprise Resource Planning), CRM (Customer Relationship Management)PDM (Product Data Management ) sistemlərindən informasiyanın alınmasını təmin edir.

EMC tədqiqatlarının nəticələri ECM tarixində sistemin 12 saatdan artıq müddətdə böyük həcmdə məzmunun idarə edilməsi ilə əlaqədar müxtəlif əməliyyatlarda iştirak edən 100000 istifadəçisinin işinin nəticələrini əks etdirən ən böyük tədqiqatlardan biridir. Bu zaman məzmunun idarə edilməsi ilə əlaqədar daha tez-tez yerinə yetirilən əməliyyatlardan ibarət olan tranzaksiyalar yerinə yetirilir.

Tədqiqatlar nəticəsində aşağıdakı nəticələr alınıb:

  • Eyni qoşulma zamanı 100 000 istifadəçi
  • Saatda 748 000 tranzaksiya
  • Orta cavablandırma vaxtı – 0,86 san
  • Proqramın serverinə saniyədə 878 müraciət

İnzibatlaşdırma, kastomizasiya və başqa korporativ sistemlərlə inteqrasiya sadə və operativ şəkildə həyata keçirilir.

Sistem sənədlərin hərəkət sxemlərinin istənilən kombinasiyasını təşkil etməyə imkan verən proqramlardan təşkil olunub. Platformanın həll və imkanları istənilən mürəkkəbliyə malik təşkilati strukturu olan şirkətlərdə, eyni zamanda filial və alt şirkətlər şəbəkəsində vahid sistemin işini təmin edir.

Sistemin imkanları / xüsusiyyətləri:

Sistem vahid elektron sənəd dövriyyəsinin təşkil edilməsi ilə əlaqədar olan bütün imkanları əhatə edir:

  • Sənədlərin versiyalarının yaradılması daxil olmaqla işçilərin sənədlər üzərində kollektiv işi;
  • Müxtəlif mənbələrdən (kağız, elektron poçt, kənar sistem, portal və s.) daxil olan sənədlərin qeydiyyatı;
  • Elektron imza vasitəsilə imzalama;
  • Sənədlərin elektron şəkildə razılaşdırılması və təsdiq edilməsi;
  • Sənədlərin işçilərə göndərilməsi;
  • Sənədin tam tarixçəsi;
  • Prosesin digər iştirakçıları tərəfindən hər hansı davranışlar haqqında müxtəlif tip xəbərdarlıqlar;
  • Müraciət hüquqlarının bölüşdürülməsi;
  • Çoxsəviyyəli razılaşdırma prosedurası;
  • Sənəd və sərəncamların icrasına nəzarət;
  • Reqlamentləşdirilmiş və analitik hesabatların yaradılması;
  • Atributlar üzrə axtarış;
  • Geniş audit imkanları;
  • Əvvəlcədən tanınmış və indeksləşdirilmiş verilənlər fonunda kontekst axtarışı.

  • Sistemin arxitekturası

     

    Proqram təminatının komponentləri

    Təyinatı

    Giriş

    Sənədin kağız və ya istənilən elektron forması

    Prosesin gedişi

    Rəy, icra və təsdiq üçün təqdim edilmə imkanı

    Nəticə

    İndeks serverindən istifadə zamanı kontekst axtarışı, sənədlərin dövriyyəsi ilə əlaqədar analitik hesabatlılıq, icra prosesinə nəzarət, audit, təhlükəsizlik

    Proqram serveri

    İstifadəçinin sənəd dövriyyəsi sistemi ilə işləməsi üçün nəzərdə tutulmuş veb-proqram yerləşdirilib.

    Kontent serveri

    Kontent (sənədlər) yerləşdirilib.

    Verilənlər bazası

    Sənədlərin əlavə verilənləri

    İndeks serveri

    Kağız sənədlərin skanlanması və tanınmasından sonra, eləcə də sistemə daxil olan bütün başqa elektron sənədlərdən alınan indekslənmiş verilənlər

  • Sistemin üstünlükləri

    Sistem istifadəçinin ən mürəkkəb tələblərinin (məsələn, milyardlarla obyektin və yüz terabaytlarla verilənlərin saxlanılması) yerinə yetirilməsini təmin edir, böyük həcmdə materialın effektiv şəkildə idarə edilməsinə imkan verir və çox sayda istifadəçinin eyni vaxtda işləməsini asanlıqla dəstəkləyir.

    Sistemdə informasiyanın şifrlənməsi, müraciət imkanına nəzarət, verilənlərin rəqəmsal məhv edilməsi daxil olmaqla təhlükəsizlik tədbirlərindən istifadə edilir. Texnologiyalar informasiyanın təhlükəsizliyinin təmin edilməsi üçün zəruri olan bütün normativ tələblərə cavab verir.

    • LDAP-a inteqrasiya;
    • Full text search – Ayrı indeksləşdirmə serverinin işi fonunda ətraflı axtarış;
    • Version control – Yeni versiyaların əlavə edilməsi və köhnə versiyaların saxlanması;
    • Permission set – Proseslərdə bu və ya digər sənədlə əlaqədar səlahiyyətlərin ötürülmə imkanı;
    • SQL əvəzinə DQL Security enforcement-dən istifadə – Verilənlərin seçilməsi zamanı yalnız istifadəçinin səlahiyyəti olan sənədlərin verilənləri əks olunur.
    • CMIS (Content Management Interoperability Service) standartı – Kontentin idarə edilməsi standartlarına uyğun gələn dünya miqyaslı standartlardan biridir. Dünyanın aparıcı platformaları ilə inteqrasiyaya imkan verən standart veb-servis mövcuddur (IBM, EMC, Microsoft, Alfresco, Oracle, Open text və s.).
    • Content Transformation Services – İstənilən növ sənədlərin formatlarının transformasiyası;
    • DFC – Documentum Foundation Services – Açıq (OpenSource) kodlaşdırma, müxtəlif tip sənədlər yaratma imkanı;
    • FTP, EMAIL, Web Service“Mapping” vasitəsilə inteqrasiya imkanı.

Seçmə Proqram Təminatı

Partnyorlarımız