Azenru

SERP sistemi üzrə təlimlər keçirilmişdir

22 dekabr 2023-cü il tarixində Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB) və onun tabeliyində olan tibb müəssisələrinin maliyyə, mühasibatlıq və insan resursları əməkdaşlarına SİNAM MMC-nin mütəxəssisləri tərəfindən SERP proqram təminatının modullarından istifadə üzrə Yeni Klinikada 1-günlük təlim kursları keçirilmişdir.

Təlim kurslarında məqsəd TƏBİB-in tabeliyində olan tibb müəssisələrində çalışan maliyyə, mühasibatlıq və əmək resursları işçilərinin SERP proqram təminatı modullarından istifadə etməklə ilkin məlumatların daxil edilməsi, məlumatların axtarılması, maliyyə-mühasibatlıq və kadrlar üzrə hesabatların alınması və digər biznes proseslərin həyata keçirilməsi üçün istifadə olunan funksionallıqlar barəsində ətraflı məlumatların verilməsi, sistemdən istifadə qaydalarının öyrədilməsi, sistem vasitəsilə iş prosesində tez-tez rast gələn suallara cavablar, yaranan problemlərin aradan qaldırılması üzrə məsləhətlərin verilməsi idi.

Təlim gedişində SERP sisteminin umumi təyinatı və funksionllığı üzrə məlumat verilmiş, SERP proqram təminatının fəaliyyət mexanizmi, işləmə prinsipləri təlim iştirakçılarının nəzərinə çatdırılmış və Təlim prosesində iştirakçılar tərəfindən səsləndirilən suallar dinlənilmiş və cavablandırılmışdır.

Təlim kursları SİNAM şirkətinin FARABİ qrupunun əməkdaşları tərəfindən həyata keçirilmişdir.

Xəbərlər

Seçmə Proqram Təminatı

Partnyorlarımız