Azenru

Azərbaycan şirkəti Qırğızıstanda Dünya Bankının layihəsini icra edəcək

Azərbaycanın SINAM şirkəti Dünya Bankının "Mərkəzi Asiyada hidrometeoroloji xidmətlərin modernləşdirilməsi" layihəsi çərçivəsində Qırğızıstan Respublikası Fövqəladə Hallar Nazirliyi yanında Hidrometeorologiya Agentliyi tərəfindən “QırğızHidroMet-in arxivinin uzunmüddətli saxlanma üçün elektron daşıyıcılara keçirilməsi və elektron daşıyıcılarda hidrometeoroloji (HM) məlumatlar Fondunun yaradılması" layihəsinin icrasında iştirak edəcək.

Şirkətdən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, layihə çərçivəsində texnikiavadanlıqların və müvafiq proqram təminatlarının təchizatı, quraşdırılması, QırğızHidroMet-inarxivində yerləşən kağız sənədlərin rəqəmsal şəklə salınması, indeksləşdirilməsi və verilənlərbazasında saxlanması işlərinin yerinə yetirilməsi nəzərdə tutulub.

Qeyd etmək lazımdır ki, SINAM şirkəti adı çəkilən layihə çərçivəsində keçirilən tenderin qalibiseçilib. Tenderdə Azərbaycan şirkəti ilə yanaşı NSP MMC (Qırğızıstan), Lanit QSC (Rusiya) və Empire&Redocs (Qırğızıstan və Rusiya şirkətlərinin konsorsiumu) iştirak edib.

Seçmə Proqram Təminatı

Partnyorlarımız