Azenru

2018-ci il 4-7dekabr tarixində, Bakı şəhərində “Bakutel 2018”- 24-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgi və Konfransı keçirilir. Bugün “Bakutel” sərgisi sürətlə inkişaf edən texniki nailiyyətlərə həsr olunmuş  bir sərgi deyil, həm də  müxtəlif İKT sahələrini təmsil edən mütəxəssis və peşəkarların  toplanması, iqtisadi və sosial rifahı təmin etməkdə mühüm rol oynayan, bütün fəaliyyət sahələri üçün geniş imkanlar və  inkişaf istiqamətləri  təklif edən və əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması  üçün şərait yaradan unikal bir platformadır.

SİNAM şirkəti İKT və e-Hökumət sahəsində əldə etdiyi nailiyyətləri sərgidə nümayiş etdirib. SERP, SESDA, SPKİS və şirkətin diqər həlləri sərginin iştirakçılarında  geniş maraq doğurub.

“Bakutel 2018”-də SİNAM şirkətinin təqdim etdiyi stend - “24-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgi və Konfransı” -nın ən yaxşı stendi seçilib.

Seçmə Proqram Təminatı

Partnyorlarımız