Azenru

"ITU Telecom World 2015” sərgisi keçirilib

12-15 oktyabrda Budapeştdə (Macarıstan) Birləşmiş Millətlər Təşkilatının (BMT) informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində fəaliyyət göstərən xüsusiləşmiş təsisatı - Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) təşkilatçılığı ilə "ITU Telecom World 2015” sərgisi keçirilib.

Tədbir əsas direktiv və tənzimləyici orqanların nümayəndələrini, sahə mütəxəssislərini, sərmayədarları, sahibkarları və novatorları bir araya gətirmişdir.

Qlobal tədbirin məqsədi ideyaların daha geniş və operativ yayılmasına, eləcə də yaxın gələcəkdə dünyanı daha yaxşı edəcək İKT əsaslı innovativ həllərin tətbiqinin aktivləşdirilməsinə köməyin göstərilməsindən ibarət idi.

Sərgidə inkişaf etmiş və inkişaf etməkdə olan bazarlar tərəfindən təqdim edilən rəqəmli həllər,  ölkələri və regionları təmsil edən yeni yaradılmış müəssisələrin və dünyanın sahə üzrə aparıcı nümayəndələrinin ən yaxşı ideyaları nümayiş etdirilmişdir.

Sərgidə “Huawei”, “Intel”, “Magyar Telekom”, “TDIA and ZTE” kimi nəhəng şirkətlər, o cümlədən Azərbaycan, Çin,  Ciboti, Macarıstan,  Koreya Respublikası,  Malavi, Nigeriya, Səudiyyə Ərəbistanı kimi ölkələrin yüksəksəviyyəli nümayəndələri iştirak edib.

Beynəlxalq tədbirdə Azərbaycan rabitə və yüksək texnologiyalar nazirinin rəhbərlik etdiyi geniş tərkibli nümayəndə heyəti ilə təmsil olunub.

“ITU Telecom World 2015” sərgisində Azərbaycanın Milli pavilyonunda dövlət qurumlarının və 20-dək özəl İT şirkətin, o cümlədən SİNAM şirkətinin nümayəndələri iştirak ediblər.

“ITU Telecom World 2015” çərçivəsində keçirilmiş rabitə tənzimləyicilərinin rəhbərlərinin sammitində nazir Əli Abbasov məruzə ilə çıxış etmişdir.

Seçmə Proqram Təminatı

Partnyorlarımız