Azenru

Azərbaycan və Əfqanıstan “elektron hökumət”in qurulması sahəsində əməkdaşlığı müzakirə ediblə

Bu gün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) Azərbaycan və Əfqanıstan arasında İKT sahəsində əməkdaşlıq üzrə işçi qrupunun 3-cü iclası keçirilib.

Trend-in RİTN-ə istinadən verdiyi məlumata görə, Əfqanıstanda "elektron hökumət"in qurulması layihəsi çərçivəsində baş tutan görüşdə qarşılıqlı əməkdaşlıqla bağlı müzakirələr aparılıb.

Hər iki ölkənin müvafiq nazirlikləri və Azərbaycanın "SİNAM" LTD şirkəti tərəfindən həyata keçirilən işlər üzrə məruzələr dinlənilib. Bundan sonra isə Əfqanıstanın İKT sahəsində hazırkı tələbatlarının müəyyən olunması, bu ölkənin İKT sektorunda Azərbaycanın potensial iştirakı və sair mövzularda fikir mübadiləsi aparılıb.

Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə bildirib ki, Azərbaycan və Əfqanıstan arasında inkişaf edən əməkdaşlıq İKT sahəsinə də sirayət edib. RİTN tərəfindən lazım olan köməyin bundan sonra da göstəriləcəyini qeyd edən nazir müavini bu vaxta qədər görülən işləri məqsədəuyğun hesab edib.

Öz növbəsində, Əfqanıstanın rabitə və informasiya texnologiyaları nazirinin müavini Aimal Marjan ölkəsi adından Azərbaycan tərəfinə təşəkkürlərini çatdırıb. O, azərbaycanlı həmkarlarının böyük dəstəyi ilə Əfqanıstanda İKT sahəsində əhəmiyyətli işlər görüldüyünü qeyd edib. Bu əməkdaşlığın davam etdirilməsində maraqlı olduqlarını önə çəkən nazir müavini yaxın zamanlarda müzakirə edilən mövzularda mühüm nəticələrin əldə ediləcəyinə əminliyini ifadə edib.

Seçmə Proqram Təminatı

Partnyorlarımız