|
SİNAM - özünün texnoloji
məhsullarını və həllərini tətbiq etməkdə unikal praktiki təcrübəyə malik
peşəkarlar komandasıdır. Onun yüksək ixtisaslı mühəndisləri, proqramçıları,
şəbəkə və telekommunikasiya sistemləri üzrə ekspertləri, menecerləri şirkətin
intellektual potensialının əsasını təşkil edir. 30-dan artıq mütəxəssisimiz
müvafiq təlimlər keçərək avadanlıq və proqram təminatı firma-istehsalçıları
tərəfindən sertifikatlaşdırılmışlar.
Biz həmçinin gənc, təcrübəsiz mütəxəssisləri layihələrin erkən
mərhələsində onların icrası işlərinə cəlb edirik. 
System inteqrasiyası və
proqramlaşdırma mərkəzi
Bu bölmənin əsas fəaliyyət sahəsi - sistem inteqrasiyası, qabaqcıl
informasiya texnologiyalarının istifadəyə verilməsi, ixtiyari avadanlıq platformaları
və onların əsasında qurulmuş şəbəkələr üçün proqram təminatının yaradılması və
quraşdırılması, eləcə də müasir vasitələrdən istifadə edərək sifarişçinin fərdi
tələblərinə adaptasiya olunmuş proqram həllərinin hazırlanması, vebdə müxtəlif
tətbiqi məsələlərin həlli üçün proqram təminatının hazırlanması,
veb-səhifələrin dizaynı və İnternetdə yerləşdirilməsi.
Texniki mərkəzi
SİNAM-ın fəaliyyətinin digər əsas
aspektlərindən biri kompüter və ofis avadanlığına texniki dəstək göstərilməsi,
zəmanət və zəmanətdən sonrakı dövrdə
"hot-line" rejimdə texniki
xidmət təmin etməkdir; lokal və qlobal hesablama şəbəkələrinin və
strukturlaşdırılmış kabel sistemlərinin quraşdırılması və onlara xidmət
göstərilməsidir. SİNAM-ın müştəriləri
içərisində dövlət orqanlarına, bank sektoru nümayəndələrinə, yerli və xarici
şirkətlərə, təhsil müəssisələrinə rast gəlmək olar.
Satış şöbəsi
Azərbaycan Respublikasını kompüter və ofis avadanlığı ilə təchiz
edən bir sıra xarici şirkətlərin öz texnikasına servis xidmətini SİNAM
şirkətinə həvalə etməsi faktı SİNAM-ın yüksək nüfuzunun etiraf edildiyini təsdiq edir.
SINAM-ın sertifikatlaşdırılmış mütəxəssisləri 24 saat ərzində kompüter texnikasına,
ofis avadanlığına və şəbəkələrə xidmət göstərir.
Satış şöbəsi
Şöbənin fəaliyyətinin əsas istiqaməti müştərilərini Avropa, Asiya və Amerikadan
olan dünyanın aparıcı istehsalçılarının avadanlıq
və proqram təminatı ilə təchiz etməkdir. Şöbə həmçinin avadanlıq və proqram
təminatı təchizatı üzrə müxtəlif tenderlərə hazırlıq funksiyalarını da həyata
keçirir. Bu şöbənin ekspertləri təchizatçı tərəfdaşlarla qarşılıqlı faydalı
əlaqələr yaratmaqla və yeni müştərilərin cəlb edilməsi ilə məşğul olurlar.
|