Aze | Рус | Eng
SİNAM şirkəti tərəfindən təklif olunan seçmə proqram təminatı.
Həllər
SERP


MÜƏSSİSƏNİİDARƏETMƏ SİSTEMİ (SERP)

                                                                                                                            versiya 5.0 

 

SİNAM-da yaradılmışMüəssisəni İdarəetmə Sistemi (SERP) şirkətin bütün biznes proseslərini planlaşdırmaq, qeydiyyata almaq, nəzarət etmək və təhlil etmək üçün vahid mühit yarada bilən veb-proqram kompleksidir.

Təklif olunan həll eyni müvəffəqiyyətlə müxtəlif təşkilatlarda: kiçik firmalar və böyük istehsalat komplekslərində, holdinqlərdə, dövlət vəözəl şirkətlərdə tətbiq oluna bilər. 

SERP veb-proqram arxitekturasında modul prinsipi əsasında işlənib hazırlanmışdır. Qeyd olunan sistem çoxdilli interfeys, yerli qanunvericiliyə tam uyğunluq, mühasibatlığı eyni zamanda bir neçə valyutada aparmaq və istifadəçilər arasında hüquqların idarə olunması kimi bir çox üstünlüklərə malikdir. 

SERP bir-biri ilə sıx qarşılıqlıəlaqədə olan sistem və modullardan ibarətdir. Baxmayaraq ki, bu sistem və modulların birgə istifadəsi şirkət üçün daha səmərəlidir, onlar ayrılıqda da istifadə oluna bilərlər.

SİNAM Human Resources (SHR). Bu, kadrlar şöbəsinin fəaliyyətinin avtomatlaşdırılmasını mümkün edir. SHR “Şəxsi Kartlar”, “Ştat Cədvəli”, “Tabel”, “Ezamiyyətlər”, “Təhsil və İnkişaf”, “İşə qəbul” və “İşçilərin qiymətləndirilməsi” modullarından ibarətdir.



Şirkətin Mühasibat Sistemi (EAS). Bu sistem bütün mühasibat sənədlərinin konsolidasiyası, izlənməsi və eləcə də bu sənədlərəəsaslanan hesabların aparılmasıüçün yaradılmışdır. “EAS” şirkətin fəaliyyətinə nəzarət etməyi, koordinasiyasını aparmağı bacarır və bura “Anbar”, “Əsas vəsaitlər”, “Xəzinədarlıq”, “Bank Əməliyyatları”, “Müqavilələr və Layihələr”, “Əmək haqqı” modulları daxildir. 


Copyright © 2011. SINAM ! Bütün hüquqlar qorunur. Sayt Lider veb studiyası tərəfindən hazırlanmışdır