Avtomatlaşdırılmış
Kütləvi Ödəniş Sistemi (AMPS-Automated Mass Payment System)
AMPS sistemi xidmət
şirkətlərinin məsələn, kommunal xidmətlər, telefon şirkətlərinin xidmətləri və
s. kimi xidmət haqlarının ödənilməsi xidmətinin göstərilməsi üçün işlənib hazırlanmışdır.
Bu sistemin tətbiq edilməsi ilə
ödənişlər bütün banklarda, poçt şöbələrində, bankomatlarda, ödəmə məntəqələrində və İnternet
vasitəsilə qəbul edilə bilər ki, bu da abunəçilərə rahat xidmət eləməyə imkan
verər və nəticədə ödənişlərin yığımı ilə bağlı göstərici artar.
İnformasiyanın yoxlanılması və
qorunması məqsədi ilə banklar üçün ödəniş məbləğlərinin uyğunlaşdırılması,
verilənlərin kodlaşdırılması (SSL), elektron imzadan istifadə kimi müxtəlif
mexanizmləri tətbiq edilir.
Bankların, xidmət şirkətlərinin
və informasiya mübadiləsinin başqa iştirakçılarının baş ofisləri ayrılmış şəbəkə vasitəsilə bir-birlərinə, sonra da öz filialları
və rayon şöbələrinə birləşdirilirlər.
Aşağıdakı sxemdə AMPS
sisteminin strukturu əks etdirilmişdir.
Sistemin istismarının
başlanmasından əvvəl iştirakçı təşkilatlar (Kommunal və ya başqa xidmət şirkətləri,
bütün filialları ilə birlikdə banklar, poçt şöbələri, kart emalı mərkəzləri)
qeydiyyatdan keçirilir. Sonra xidmət şirkətləri öz abunəçilərindən və onların
borclarından ibarət siyahıları XML faylları şəklində göndərir. Bu informasiya
inteqrasiya sisteminin köməyi ilə məlumat bazasına yüklənilir. Bundan sonra,
sistem abunəçilərin kütləvi şəkildə qoşulmasına və onların ödənişlərini qəbul
eləməyə hazır olur. Abunəçilərin borclarında və abunəçi siyahılarında aparılmış
dəyişikliklər haqqında informasiya xidmət şirkətlərindən lazımı tezliklə mütəmadi
şəkildə daxil olur.
Abunəçi AMPS sistemindən
istifadə etmədən əvvəl sistemdə qeydiyyatdan keçməlidir. Sistemdə qeydiyyatdan keçdikdən
sonra o, aşağıdakıları edə bilər:
·
Öz ödəniş tarixçələrinə və hesablarının vəziyyətinə
baxmaq; · Kommunal şirkətlərin hesabları üzrə ödənişləri
yerinə yetirmək, kommunal şirkətlərdəki hesablarını doldurmaq, eləcə də, bank
kartlarından istifadə eləməklə ödənişləri həyata keçirmək; ·
Ödənişlər haqqında qəbz çap eləmək; ·
Borcun cari məbləğinin göstərildiyi qayimənin daxil
olması haqqında elektron poçtla və ya SMS vasitəsi ilə xəbərdarlıq almaq.
Sistem ödənişlərin edilməsi
üçün nəzərdə tutulmuş müxtəlif alətlər dəstindən ibarətdir:
1. "Ödəniş operatoru
APM-i" – Interactive Payment Window – Veb brauzer vasitəsi ilə bilavasitə
AMPS serverinə qoşulmaqla, nağd şəkildə və ya kart vasitəsi ilə edilən
ödənişlərin qəbul edildiyi bank operatorlarının, poçt və ya başqa maliyyə
təşkilatlarının iş yeridir.
POS-terminalların qoşula
bildiyi IPW funksiyalarına abunəçilərin və onların ardıcıl ödəniş edəcəyi
hesabların ilkin qeydiyyatı daxildir. Qeydiyyat zamanı abunəçiyə bütün xidmət şirkətlərinin
hesablarının ödənişi üçün vahid qeydiyyat kodu verilir. Qeyd etmək lazımdır ki,
bir kodla eyni şirkətin bir neçə hesabını əlaqələndirmək olar, məsələn, abunəçinin
iki mənzili və ya 2 telefon nömrəsi olduğu halda buna ehtiyac yaranır.
Gələcəkdə IPW iş yeri ilə təchiz edilmiş istənilən müəssisədə abunəçi borcları istər
təqdim edilmiş qayimə əsasında, istərsə də ilkin ödəniş şəklində nağd ödəyə
biləcək, müəssisədə qoşulmuş POS-terminal olduğu halda isə ödənişlər kart
vasitəsi ilə həyata keçiriləcək.
Sistem istifadəçiləri kimi
qeydiyyatdan keçməmiş abunəçilər kommunal şirkətdəki kodlarını bildikləri
halda, onların ödənişləri də qəbul edilə bilər.
2. Ödənişlərin İnternet üzərindən
kredit kartı vasitəsi ilə abunəçinin özü tərəfindən (Self-Service) edilməsi
Sistemdə qeydiyyatdan keçərək
bütün kommunal və başqa xidmət şirkətləri üçün vahid qeydiyyat kodu almış abunəçi
eyni zamanda internet saytında qeydiyyatdan keçmiş olur (bu kod həm də abunəçinin
ödəniş portalına daxil olması üçün lazım olan istifadəçi adıdır) və o, gələcəkdə
internet vasitəsi ilə müstəqil surətdə öz ödənişlərini həyata keçirə və borclarına
baxa bilər. Bu xidmətin reallaşdırılması kart emalı mərkəzlərinin saytlarla inteqrasiyası
vasitəsi ilə həyata keçirilir.
3. Ödənişlərin bankomat
(AMPS-enabled ATM) vasitəsilə edilməsi;
Ödənişlərin bankomatlar
vasitəsilə edilməsi ATM və kart emalı mərkəzləri arasında əlaqənin mövcudluğu
nəticəsində mümkün olur. İki variant mümkündür – borclara baxış və ödəniş üçün
hesabın sərbəst seçilməsi və ümumi ödəniş məbləğinin mövcud borclar üzrə
avtomatik şəkildə bölünməsi
4. Ödənişlərin ödəmə
terminallarının (Veb-kiosklar) köməyi ilə nağd şəkildə və ya kredit kartları
vasitəsi ilə edilməsi
Ödənişlərin toplanmasını ödəmə
terminallarının (Veb-kiosklar) köməyi ilə həyata keçirməyi arzu edən müxtəlif
hüquqi şəxslər iştirakçı kimi sistemdə qeydiyyatdan keçməli və bank hesabına
malik olmalıdır. Bu terminallarda qeydiyyatdan keçmiş istər nağd, istər kart
vasitəsi ilə, istərsə də ONLAYN rejimdə edilmiş ödənişlər sistemin məlumat
bazasına yazılır və onlar haqqında informasiya dərhal xidmət şirkətinə, ödəniş
məbləğləri isə ən qısa zamanda onların bank hesablarına çatdırılır.
5. Ödənişlərin bank hesabından
edilməsi
Bank hesabından ödəniş bu
bankın elektron bankinq sistemi ilə inteqrasiyası zamanı və həmçinin hesabın birbaşa
debetə yazılması haqqında bankla imzalanmış müqavilənin olması halında edilə bilər.
6. Pulların kommunal
xidmətlər (elektriklər, qaz və s.) üçün olan smart sayğacların kartlarına daxil
etməsi
Son zamanlar daha çox
yayılan, kommunal xidmətlər üçün nəzərdə tutulmuş və əvvəlcədən doldurulan
kartlarla işləyən smart sayğaclar üçün
də rahat xidmət təmin edilmişdir, belə ki, AMPS sistemində edilmiş ödəniş
avtomatik olaraq sayğacın kartına yüklənilir. Bu məqsədlə, belə kartların oxunmasını
IPW qurğusu ilə əlaqələndirmək lazımdır.
|