İlk Azərbaycan şirkəti olaraq SİNAM Cisco Silver Partner statusunu alıb. SİNAM şirkətinə Cisco Silver Certified Partner statusunun təqdim edilməsi haqda qərar Cisco şirkəti tərəfindən aparılmış müstəqil audit nəticəsində şirkətin əldə etdiyi müsbət qiymətlərə əsasən verilmişdir. Əldə olunmuş Cisco Silver Certified Partner statusu SİNAM şirkətinin qarşısında şəbəkə texnologiyaları sahəsində dünya lideri olan Cisco şirkəti ilə birgə inkişaf və artım, sərfəli kommersiya əməkdaşlığı şərtləri, müştərilərlə əlaqələrin optimallaşdırılması və onların loyallığının artırılması, həmçinin Cisco-nun xüsusi marketinq proqramlarında iştirak kimi imkanlar açır. SİNAM şirkətinin əldə etdiyi yeni status, öz növbəsində, müştərilər üçün də bir sıra üstünlüklər verir. O cümlədən, yerli Gümüş Tərəfdaş vasitəsilə Cisco texnologiyaları bazasında daha mürəkkəb layihələrin reallaşdırılması imkanı, Cisco avadanlığının və proqram təminatının servis dəstəyi sahəsində əlavə xidmətlərin əldə olunması, həmçinin Cisco şirkətinin Cisco Silver Certified Partner statusuna malik tərəfdaşlara qarşısında qoyduğu standartlara uyğun maksimal dərəcədə yüksək keyfiyyətli xidmət. “Azərbaycan şirkəti ilə əməkdaşlıq statusunun yüksəldilməsi ölkədə İT-biznesin inkişafının və azərbaycanlı İT-mütəxəssislərin müvafiq sahədə peşəkarlılığının artmasının növbəti təsdiqidir. Əminik ki, SİNAM-dan sonra digər Azərbaycan İT-şirkətləri də bu cür yüksək tərəfdaşlıq statusuna layiq görüləcəklər”, deyə SİNAM şirkətinin biznesin inkişafı üzrə direktoru İslam Əhmədov qeyd etmişdir.
|