|
Zamanın multipleksləşdirilməsi (Time Division Multiplexing) – bir neçə siqnal və ya bit axınlarının eyni
zamanda bir rabitə kanalında alt kanal kimi ötürüldüyü analoq və ya rəqəmli
multipleksləşdirmə texnologiyasıdır. Belə kanalda məlumatların ötürülməsi prosesi
hər kanal üçün ayrıca olaraq müəyyən edilmiş ölçüyə malik zaman intervallarına (taymslotlara)
bölünür. Məsələn: 1 nömrəli məlumat bloku və ya alt kanal 1 nömrəli zaman
intervalı ərzində, 2 nömrəli alt kanal isə 2 nömrəli zaman intervalı ərzində ötürülür
və s. Zamanın multipleksləşdirilməsi prosesinin bir çərçivəsi bir alt kanal
üçün ayrılmış bir zaman intervalından
ibarətdir. Sonuncu alt kanalın çərçivəsinin ötürülməsindən sonra birinci alt
kanalın çərçivəsinin ötürülməsi yerinə yetirilir və s.
Ənənəvi TDM həlli – Biz, həmçinin ənənəvi TDM həllini də
dəstəkləyirik. Bizimlə tam şəkildə TDM, IP-TDM və IP şəbəkələri idarə edə
bilərsiniz. 
|