|
İnternetə genişzolaqlı və ya yüksək sürətli çıxış modemdən və ümumi
istifadə üçün nəzərdə tutulmuş telefon şəbəkəsindən istifadə etməklə əldə
edilən kommutativ çıxışdan fərqli olaraq, İnternetə sürətli çıxış deməkdir.
Kommutativ çıxış bitreyt üzrə 56
kbit/san məhdudiyyətə malik olduğu və telefon xəttini
tamamilə məşğul etdiyi halda, genişzolaqlı texnologiyalar məlumat mübadiləsinin bir neçə dəfə böyük
sürətlə aparılmasını və telefon xəttinin məşğul
edilməməsini təmin edir. Yüksək sürətdən başqa,
genişzolaqlı çıxış İnternetə (kommutativ
birləşmənin yaradılmasına
ehtiyac olmadan) fasiləsiz qoşulmanı və "ikitərəfli"
əlaqəni, yəni informasiyanı yüksək sürətlə qəbul etmək ("endirmək") və ötürmək ("yükləmək") imkanını təmin edir. Genişzolaqlı
çıxış yalnız informasiya və xidmətlərin bolluğunu təmin etmir, həm də bütünlükdə
İnterneti həm şəbəkə tərəfindən təklif edilən xidmət planında, həm də onun
istifadəsi planında dəyişdirir.
SINAM Şirkəti genişzolaqlı çıxış təklif edir – "Point-to-Point" və "Point-to-Multipoint"
tipli simsiz həllər provayderlərə harada olmasından asılı olmayaraq,
müştərilərinə genişzolaqlı çıxış xidməti təqdim eləmək imkanı verir.

|