|
SİNAM PKI HƏLLƏRİ
versiya 2.0.3.1
SİNAM-ın məhsulu olan SPKIS sistemi kriptoqrafik
alqoritmlər və PKI
(Açıq Açar İnfrastrukturu) həlləri üçün beynəlxalq
standartlar əsasında hazırlanmış proqram paketidir. Sistem əsasən aşağıdakı altsistemlərdən ibarətdir:
SPKIS – CA menecer. CA menecer –
elektron sertifikatların tərtib edilməsi və idarə olunması sistemidir.
Təşkilati struktura əsaslanan sertifikatlaşdırma mərkəzi sistemdən istifadə
edilərək yaradıla bilər. Sertifikatlaşdırma mərkəzi iki səviyyəli mərkəz kimi
yaradıla bilər: əsas və köməkçi sertifikatlaşdırma mərkəzi.
SPKIS – RA menecer. RA
menecer – bir çox abunəçilərə sertifikatlaşdırma xidmətləri göstərən təşkilat
üçün sertifikatı qeydiyyatdan keçirmə mərkəzinin sistemidir. Qeydiyyat mərkəzi
sertifikat mərkəzi tərəfindən yaradılır. Bu, abunəçilərin sayı və coğrafi
yerindən asılı olaraq bir və ya bir neçə qeydiyyat mərkəzi ola bilər.
SPKIS – WES (Veb Qeydiyyat Xidməti). WES -- elektron
sertifikatlar əldə etmək üçün müraciətlərin veb-qeydiyyat sistemidir. Bu onlayn
sistemə abunəçilər sertifikat əldə etmək üçün müraciət edə bilərlər.
Sertifikat almaq üçün onlar imzalanmış oflayn (İnternetdən kənar) və ya onlayn
müraciətləri PKCS #11, CMC və ya PKCS#7 formatında göndərə bilərlər. Bundan
başqa, köməkçi sertifikatlaşdırma mərkəzi kimi fəaliyyət göstərmək istəyən
digər təşkilatlar əsas sertifikatlaşdırma mərkəzinə müraciət edə və qeydiyyatı
tamamlaya bilərlər. WES sisteminin əsas funksiyaları aşağıdakı kimidir:
- Sertifikat
üçün müraciət formasının yaradılması və sertifikatlaşdırma mərkəzinə təqdim
edilməsi
- Müraciətin
qeydiyyata alınması üzrə onlayn informasiyanın qəbul edilməsi
- Qeydə alınmış
müraciətə əsasən sertifikatların əldə edilməsi
- Sertifikatın
ləğv edilməsi üçün ərizə formasının yaradılması. 
SPKIS
proqram paketi özəl və dövlət təşkilatları, onlayn ticarət biznesi, bank
sistemləri tərəfindən və informasiya mübadiləsinin baş verdiyi bütün digər
avtomatlaşdırılmış əməliyyatlarda tam informasiya təhlükəsizliyi provayderi
kimi istifadə oluna bilər.
|