Aze | Рус | Eng
SİNAM şirkəti tərəfindən təklif olunan seçmə proqram təminatı.
Həllər
Sənəd dövriyyəsi

СЯНЯД ДЮВРИЙЙЯСИ ЦЗРЯ СИНАМ ШИРКЯТИНИН  ЩЯЛЛİ 




SİNAM şirkətinin sənəd dövriyyəsi üzrə həlli – müəssisənin korporativ  məlumatlarının  idarə edilməsi üçün nəzərdə tutulmuş tam əsaslı platformadır.

Həll  müxtəlif sənəd və fayl tipləri ilə: mətni sənədlər, mühəndis çertyojları, XML sənədləri, skaner olunmuş  kağız sənədlərin surətləri, audio və video fayllar və digər müxtəlif tip və formatda işləməyə imkan verir.

Tərəfimizdən təqdim olunan məzmunun idarə olunması platforması tam vahid arxitekturaya əsaslanır.

 Belə həll yalnız həyat dövrünün bütün mərhələlərində müəssisənin  sənədlərinin idarə olunmasına deyil, həm də öz aralarında müxtəlif məlumat sistemlərinin qarşılıqlı fəaliyyətini təmin edərək məlumatların  idarə olunması ilə əlaqəli  biznes-proseslərin kompleks avtomatlaşdırılması məsələsini də həll etməyə imkan verir.

Həllin qurulduğu platforma vahiddir, eyni zamanda dəyişə biləndir ki, məlumatların idarə olunmasına münasibətdə müştərilərin artan biznes tələbatına cavab verə bilsin.



 

Sistem sənədlərin  istənilən hərəkət sxemi kombinasiyalarını toplamağa  imkan verən  bir sıra əlavələrə malikdir. Şəkildə bunlardan birini görmək olar. Sistem çox dinamikdir, bu da biznes-istifadəçiyə sənədlərin hərəkət sxemini və eləcə də  onların həyat dövrünü dəyişməyə imkan verir.

Müştərilərin veb-əlavələri sistemə istənilən işçi stansiyadan asanlıqla daxil olmağa  imkan verir.

İndeksləşdirmə serverinin köməyi ilə sənədlərin məzmununun indeksləşdirmə serverində  yerləşən bütün kontentin məzmunu üzrə axtarış həyata keçirməyə imkan verir. Burada müxtəlif formatlı mətn sənədləri olduğu kimi yerləşdirmələrlə birgə elektron poçt da ola bilər.


Həll EMC (Enterprise Content Management) sistemləri dünya bazarında lider olan   EMC  pdatforması üzərində qurulmuşdur.


Copyright © 2011. SINAM ! Bütün hüquqlar qorunur. Sayt Lider veb studiyası tərəfindən hazırlanmışdır