Aze | Рус | Eng
SİNAM şirkəti tərəfindən təklif olunan seçmə proqram təminatı.
Həllər
Gömrük Komitəsi üçün rəsmləşdirilmiş Nəzərər Sistemi

Terminlər:

ACTOK - gömrük qeydiyyatı və yük gömrük bəyannaməsinin gömrük rəsmiləş dirilməsinə nəzarət üzrə avtomatlaşdırılmış sistem;

İnformasiya kiosku - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin normativ-hüquqi bazası üzərində informasiya sistemi;

Anti-Smuggling - gömrük hüquq pozuntularının uçotu, nəzarəti və təhlili avtomatlaşdırılmış sistemi;
Müvəqqəti saxlama anbarı - daxil olan/çıxarılan malların və nəqliyyatın uçotu və nəzarəti, anbarda yerin uçotu və əmtəənin yerləşdirilməsi avtomatlaşdırılmış sistemi.


Sistemlər Oracle Server Enterprise Edition verilənləri server idarəetmə bazasının kliyent-sever texnologiyası əsasında yaradılmışdır. Sistemlərin müştəri hissəsi Windows əməliyyat sistemləri üzərində qurulmuşdur və Azərbaycan dilində rahat istifadəçi interfeysinə malikdir. UNICODE standartı əsasında hər hansı digər dili dəstəkləyə bilər.



ACTOK
ACTOK sistemində gömrük postlarında lokal verilənlər bazası yaradılır. Lokal verilənlər bazası sonra Dövlət Gömrük Komitəsinin vahid mərkəzi məlumat sisteminə ixrac edilir. ACTOK sisteminin proqram təminatı sənədləşmənin, nəzarətin və yük gömrük bəyannaməsinin qeydiyyatının avtomatlaşdırılmasını mümkün edən proqram modullarını özündə birləşdirir. Sistem müxtəlif səviyyələrdə prosesin bəyan edilməsi, yükün qeydiyyatının yüngülləşdirilməsi və nəzarətinin effektivliyinin artırılmasının şəffaflığını təmin etməyə yönəldilmişdir. Proqram təminatının müştəri hissəsi iki əsas baş moduldan, "Broker" və "Gömrük orqanı"ndan ibarətdir.

"Broker"
 modulu gömrük qanunvericiliyinə və qaydalarına əsasən elektron sənəd yaradır. Proqrama daxil edilmiş qaydalardan əlavə istifadəçi.həmçinin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin normativ-hüquqi bazası üzərində yaradılmış informasiya sisteminin onlayn rejimdə işləyən informasiya kioskundan istifadə edə bilər. "Gömrük orqanı" modulu elektron sənədin çoxmərhələli yoxlamasını həyata keçirir. Hər istifadəçinin fəaliyyəti sənədin statusu, mərhələlərin növbələşməsi və istifadəçinin hüquqları ilə müəyyən edilir. Elektron sənədin ötürülməsi hər mərhələdə qəbul edilən qərardan asılıdır. Müfəttişlərin şərhləri və qərarları səhvlər protokoluna yazılır və bəyannamələrin düzəlişi zamanı brokerlərə çatdırılır.
Sistem gömrük bəyannamələrinin qeydiyyata alınmasının və yoxlanmasının şəffaflığını monitorinq vasitəsilə təmin edir. Sistem qeydiyyata alınan bəyannamənin hansı mərhələdə olduğuna nəzarət etməyə imkan verir.
Hüquq pozuntularının uçotu və nəzarəti avtomatlaşdırılmış sistemi

Hüquq pozuntularının uçotu və nəzarəti avtomatlaşdırılmış sistemi (Anti-Smuggling) regional gömrük orqanlarında və Dövlət Gömrük Komitəsinin Mərkəzi məlumat sistemində verilənlər bazası yerləşən informasiya sistemidir. Bu sistemin tətbiqi proqram təminatı gömrük pozuntularının qeydiyyatı, uçotu və təhlili üçün nəzərdə tutulmuşdur. Tətbiqi proqram təminatının müştəri hissəsi məlumatın regional verilənlər bazasına daxil edilməsini, məlumatların statistik analizini, hüquq pozucularına qarşı görülmüş tədbirlərin uçotunu həyata keçirir. Məlumatın daxil edilməsi zamanı onun gömrük orqanlarının məlumat bazası ilə uyğunluğu yoxlanılır. Narkotiklərin, qaçaqmalçılığın, valyutanın ölkəyə daxil olmasının  daha böyük riskli olan idxalçıların, ixracatçıların, ölkələrin, nəqliyyat növlərinin, malların qruplarını müəyyən edən informasiya təhlili sistem vasitəsilə həyata keçirilir. Təhlilin yekunu hesabat generatoru vasitəsilə formalaşdırılan parametrlər üzrə və ya standart formada təqdim oluna bilər. 

Müvəqqəti saxlama anbarı
Gömrük terminalının uçotu və nəzarəti avtomatlaşdırılmış sistemi Oracle verilənləri idarəetmə serveri üzərində yaradılmış informasiya sistemidir.

Proqramın Dövlət Gömrük Komitəsi üçün işlənib hazırlanmasına baxmayaraq, müvəqqəti saxlama anbarları olan müxtəlif müəssisələrdə avtomatlaşdırılmış uçotun aparılması üçün də istifadə oluna bilər. Sistem terminal ərazisinə daxil olan bütün nəqliyyat vasitələrinin uçotunu təmin edir. İçərisində mal olan nəqliyyat vasitələrinə müəyyən dayanacaq təklif edilir. Sistem özü dayanacaqların vəziyyəti, nəqliyyat vasitələrinin sayı haqqında məlumatı təhlil edir. Əgər malların nəqliyyatdan boşaldılması haqqında qərar qəbul edilirsə, sistem bu prosesin həyata keçirilməsi haqqında məlumatı təhlil edir. Yaradılmış sistemlərin ideologiyası bu həllərin digər təşkilatlar tərəfindən istifadə olunmasına imkan verir. Proqram təminatı həmin təşkilatların tələbatına uyğun adaptasiya edilə bilər.


SİNAM  Şirkəti bu layihəni  Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi üçün  həyata keçirib.


Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsində informasiya-kommunikasiya texnologiyaları üzrə layihələr 1999-cü ildən 2001-ci ilə qədər həyata keçirilmişdir.  SİNAM şirkəti layihə çərçivəsində ölkə ərazisində gömrük sistemi üçün məlumatların ötürülməsi üzrə infrastruktur və idarəetmə sistemində İKT-nin tətbiqi üzrə fəaliyyətlər həyata keçirmişdir.

Copyright © 2011. SINAM ! Bütün hüquqlar qorunur. Sayt Lider veb studiyası tərəfindən hazırlanmışdır