|
TƏHSİLİN İDARƏ EDİLMƏSİ ÜÇÜN SİNAM ŞİRKƏTİNİN HƏLLİ 
SİNAM şirkəti
dünyanın qabaqcıl “Təhsil Prosesinin İdarə Edilməsi Sistemləri”ndən birini – IMC
şirkətinin məhsulu olan CLIX proqramını təklif edir. CLIX sistemi yüksək
nailiyyət əldə etmək üçün universitetlərin və digər müəssisələrin təlim-tədris
fəaliyyətlərinin planlı surətdə reallaşdırılmasına imkan yaradır. Təhsilin
idarə edilməsi üçün bu mükəmməl sistemdən istifadə edin və bacarıqlarınızı
inkişaf etdirin!
“Gartner
Magic Quadrant" reytinq siyahısında təhsilin idarə edilməsi üzrə qabaqcıl
sistem kimi təyin edilmiş CLIX sistemi təhsilin idarə edilməsinə dair bütün
proseslərinizi dəstəkləyir. Müxtəlif tələblərə uyğun olan proqram dizaynı,
fərdi komponentlərin sərbəst birləşdirilə bilməsi, konfiqurasiya parametrlərinin
fərdiləşdirilə bilməsi, asan inteqrasiya olunması, eləcə də saysız-hesabsız
funksiyaların mövcudluğu CLIX sistemini sizin müəssisəniz üçün əvəzolunmaz
edir. CLIX proqramı ilə bütün təhsil fəaliyyətlərinizi vahid, mərkəzi “Təhsilin
İdarə Edilməsi Sistemi”ndə birləşdirə bilərsiniz.
Biznes
proseslərinin inteqrasiyası resurslara qənaət etmək və təhsil
strategiyalarınızın effektiv həyata keçirilməsi üçün əsas şərtlərdən biridir. CLIX
sistemi bütün təhsil fəaliyyətlərinizi asanlıqla müəssisənizin ətrafında
birləşdirir. Bizim missiyamız təlim və tədrisi asanlaşdırmaq, eyni zamanda ən
mürəkkəb təhsil ssenarilərini və inzibati prosesləri kompüterləşdirməkdən
ibarətdir.
Biz
şirkətlər üçün nəzərdə tutulmuş CLIX Enterprise, universitetlər və məktəblər
üçün nəzərdə tutulmuş CLIX Campus və başlanğıc səviyyəsi üçün nəzərdə tutulmuş
münasib CLIX Start proqram versiyalarını irəli sürməklə bütün ehtiyaclarınıza
cavab verən təhsil həllərini təklif edirik.
CLIX sisteminin çox sayda istifadəçisi vardır. Bu
sistem əsasən təhsil müəssisələri, orta ölçülü müəssisələr və birdən artıq
ölkədə nümayəndəlikləri olan beynəlxalq səviyyəli korporasiyalar tərəfindən geniş
istifadə olunur.
CLIX sistemi
ilə aşağıdakı elementləri asanlıqla təşkil etmək imkanı əldə edəcəksiniz:
Təhsil
Müəssisəsinin İdarə Edilməsi;
Təhsil
Kontentinin İdarə Edilməsi;
Təhsil
Prosesinin İdarə Edilməsi;
Sınaq
və Qiymətləndirmə;
Virtual
Sinif Otaqları;
Səyahət
və biznes səfərləri zamanı Mobil Təhsil. 
Dünyanın
qabaqcıl sistemlərindən biri olan CLIX sisteminin hazırda 4 milyon istifadəçisi
vardır. Onun intuitiv görünüşü, fəaliyyəti, inteqrasiya imkanı və müxtəlif
tələblərə cavab verməsi təhsil
müəssisələri, orta ölçülü və iri beynəlxalq
korporasiyalar tərəfindən çox istifadə olunmasının səbəbidir. 24/7 rejimində beynəlxalq
səviyyəli texniki dəstəyimizə, geniş inteqrasiya xidmətlərimizə və proqram
təminatımızın mütəmadi qaydada istifadəyə verəcəyimiz yeni versiyalarına etibar
edə bilərsiniz.
|