Dövlət Sosial Müdafiə Fondu üçün Avtomatlaşdırılmış Fərdi Uçot Sistemi
SİNAM şirkəti tərəfindən Dövlət Sosial Müdafiə Fondu üçün işlənib hazırlanmış Avtomat-laşdırılmış Fərdi Uçot Sistemi Azərbaycan hökumətinin əhalinin sosial müdafiəsi üzrə yeni kursunun tətbiq olunması məqsədini nəzərdə tutan kompleks həllidir. Bu sistem şəbəkənin yaradılması, əlavə təhlükəsizlik və verilənlərin bazasının idarə olunması daxil olmaqla əksər qeydiyyat və hesablama prosedurlarını yerinə yetirməyə imkan verir. Sisteım bütün səviy-yələrdə şəffaflığı təmin edir, sığorta edilən və sığorta edən şəxslərin qeydiyyatını və həmçinin, sığorta olunan şəxslərə və sığorta həddinə nəzarəti sadələşdirir.
Yük gömrük bəyannamələrinin gömrük rəsmiləşdirilməsinə nəzarətin avtomatlaşdırılmış sistemi (GRNAS)
SİNAM şirkəti tərəfindən hazırlanmış GRNAS proqram təminatı bir çox beynəlxalq ticarət əməliyyatları prosesinin, həmçinin, yük gömrük bəyannamələrinin dol-durulması, nəzarəti və rəsmiləşdirilməsi üçün nəzərdə tutulmuşdur. GRNAS sisteminə gömrük bəyannamə-lərinin doldurulması, qeydiyyatı və nəzarətini avtomatlaşdırmağa imkan verən proqram təminatının bir sıra modulları daxildir. Sistem bəyanetmənin iştirakçıları üçün bütün səviyyələrdə bəyan-namənin rəsmiləş-dirilməsi prosesində "şəffaflığı" təmin etmək imkanı yaradır, yükün rəsmiləşdirilməsini asanlaşdırır, nəzarətin səmərəliliyini yüksəldir.
Müəssisədə mühasibat uçotunun aparılması üçün avtomatlaşdırılmış sistem
SİNAM orta və iri müəssisələrdə istifadə üçün xüsusi sistem işləmiş və realizə etmişdir. Proqram müəssisənin bütün fəaliyyət növləri üzrə əsas sənədlərinin və əməliyyatlarının uçotunun aparılmasına imkan verir. Proqrama Anbarın idarə olunması, Maliyyənin idarə olunması və mühasibat uçotu, Əmək haqqının hesablanması və digər modullar daxil edilmişdir. Proqram, həmçinin, istənilən tipli müəssisədə (büdcə, satış, istehsal) uçot işlərini aparmağa qadirdir. Sistemə statistik və analitik hesabat modulları daxildir.
Elektron arxivin aparılması sistemi (EAGLE)
EAGLE sistemi SİNAM tərəfindən DBMS relyasiyalı serverlərin bazasında arxivlərin aparılmasının avto-matlaşdırılmasının kompleks həlli kimi işlənib hazırlanmışdır. Sistem müştəri-server arxitekturasına əsaslanır. EAGLE kompleksi mövcud arxivin elektron kataloqlarının yaradılması və elektron sənədlərin arxivinin aparılması üçün nəzərdə tutulmuşdur. Sistem ümumiyyətlə arxivlərin LHŞ-də quraşdırılır. O, həm elektron sənədlərin avtonom arxivi kimi, həm də kağız sənədlərin eyni dərəcədə istifadə olunduğu hibrid variant kimi işləyə bilər.
Hüquqi müəssisələrin qeydiyyatı (HMQ) sistemi
SİNAM tərəfindən hazırlanmış Hüquqi müəssisələrin qeydiyyatı və ya HMQ sistemi Azərbaycan Res-publikası Ədliyyə Nazirliyi üçün işlənib hazırlanmışdır. Bu proqram respublikanın bütün hüquqi cəhətdən qanuni sayılan müəssisələri haqqında nəzarət qeydlərinin saxlanması üçün nəzərdə tutulmuşdur. Verilənlər bazasında bütün dəyişikliklər haq-qında tam məlumat və onların xronologiyası saxlanır. Saxlanan məlumatlara müəssi-sənin adı, qeydiyyat nömrəsi, tipi, təsisçiləri, nümayəndələri, direktorları və s. haq-qında məlumatlar daxildir. Verilənlər bazasında parametrlərin geniş dəsti üzrə axtarış modulları və müxtəlif hesabat növlərinin yaradılması nəzərdə tutulmuşdur.
"İdarəetmənin strukturu və əmək ehtiyatları" sistemi
Sistem təşkilatlar və müəssisələr səviyyəsində əmək ehtiyatlarının qeydiyyatının aparılması, vahid əmək ehtiyatları verilənlər bazasının yaradılması üçün işlənib hazırlanmışdır. İşçi heyətin potensialına nəzarət və mərkəz-ləşdirilmiş rəhbərlik işçi heyətin siyasətinin planlaşdırılmasına və işçi heyətin idarə olunmasının səmərəliliyinin artırıl-masına imkan verir.
Maddi-texniki təminatın idarə olunması sistemi (MTİS)
SİNAM yük axınının idarə olunmasının avtomatlaşdırılması, məmulatlar, müştərilər və təchizatçılar haqqında uçot qeydlərinin saxlanması üçün MTİS sistemini işləyib hazırlamışdır. Bu sistemə uçot modulları daxildir. Sistem bütün dünyada logistik şirkətlər üçün ideal həll sayıla bilər.
PKI əsasında məxfi informasiyanın təhlükəsiz ötürülmə sistemi
Smessage sistemi bu sistem İnternet vasitəsilə məxfi məlumatların təhlükəsiz ötürülməsi üçün nəzərdə tutulmuşdur. "Təhlükəsiz ötürmə" dedikdə o nəzərdə tutulur ki, ötürülən informasiyanı tərəflərdən başqa heç kim əldə etmək imkanına malik deyil. Əldə etmək üçün qoyulmuş bu məhdudiyyətə kodlaşdırma alqoritm-lərinin köməyilə və rəqəmli imzanın yaradılması vasitəsilə nail olunmuşdur. Bu sistem müştəri-server texnologiyası əsasında yaradılmışdır.
VPN-BILL həlli
VPN-BİLL sistemi VPN idmətləri göstərən məlumatların ötürülməsi şəbəkəsinin operatorları üçün həll təklif edir. Bu sistem identifikasiya və uçot əməliyyatlarını aparmaq qabiliyyətinə malikdir və həmçinin, sistemə genişlənmiş axtarış və hesabat sistemləri daxildir.
geri