SİNAM şirkəti 2-5 mart tarixlərində Almaniyanın Hanover şəhərində keçirilmiş informasiya texnologiyaları üzrə dünyanın aparıcı sərgilərindən biri olan CeBİT-2010 sərgisində iştirak etmişdir. Şirkət Azərbaycan Respublikası Rabitə və Informasiya Texnologiyaları Nazirliyinin stendində təqdim olunurdu. Bu il SİNAM şirkəti həmin sərgidə artıq 6-cı dəfədir ki, iştirak edir. Qeyd etmək lazımdır ki, CeBİT-2005-də iştirak etməklə SİNAM şirkəti bu sərgidə iştirak edən ilk Azərbaycan şirkəti olmuşdur. Sərgi zamanı SINAM şirkəti geoinformasiya sistemlərini, naviqasiya nəzarəti sistemini, elektron imza həllərini və s. kimi məhsulları təqdim etdi.
Şirkət həmçinin Azərbaycanın Mərkəzi Bankının sifarişilə İsveçin CMA Small Systems şirkətilə birgə hazırladığı Kütləvi Ödənişlər üzrə Mərkəzləşdirilmiş İnformasiya Sistemini (KÖMİS) təqdim etdi. Sözügedən sistem komunal, telefon və digər kommunal xidmətlər üzrə borcları sistemə qoşulmuş istənilən poçt və bank məntəqələrində ödəməyə imkan verir. Bununla belə sistem ödənişləri həmçinin nəğd pul və kredit kartlarla etməyə imkan verir. Kredit kart vasitəsilə ödənişi POS-terminaldan və İnternetdən edə bilərsiniz. Hal-hazırda KÖMİS sistemi Azərbaycanın Mərkəzi Bankında uğurla tətbiq olunur.
Sərgidə həmçinin SİNAM şirkətinin öz məhsulu olan "Müəssisədə avtomatlaşdırılmış uçot və menecment sistemi" (SERP) də təqdim olundu. Sözügedən sistem müəssisə resirslarının idarəolunma prosesini tamamilə avtomatlaşdırmağa imkan verir ki, bu da menecmentin səmərəliliyini dəfələrlə artırır. Sistem Azərbaycanın bir sıra özəl və dövlət müəssisələrində uğurla tətbiq olunmuşdur.
geri