Patent hüquqlarının pozulması ilə bağlı daha bir çəkişməyə Xerox korporasiyası başlamaq niyyətindədir. Belə ki, Xerox Yahoo! və Google internet-şirkətlərini onun patent hüquqlarının pozulmasında günahlandırıb.
Korporasiyanın bu məsələ ilə bağlı irəli sürdüyü sənəddə qeyd olunur ki, Yahoo! və Google axtarış servislərində, eləcə də YouTube saytında icazəsi alınmayan patentləşdirilmiş texnologiyalar tətbiq olunur. Müvafiq ərizə ABŞ-ın Delaver ştatının dairə məhkəməsinə təqdim olunub.
geri