II Milli Mühasiblər Forumu
Şamaxı rayonu, Pirqulu qəsəbəsi, AR Vergilər Nazirliyinin Tədris Mərkəzi, 28-29 aprel 2018-ci il.
Azərbaycan Respublikası Vergilər Nazirliyinin, Azərbaycan Respublikası Auditorlar Palatasının, Azərbaycanın Sahibkarlar Konfederasiyasının və İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən II Milli Mühasiblər Forumu keçirilmişdir. Forum çərçivəsində keçirilən “Milli mühasibat proqramı” yarışında SİNAM şirkətinin hazırladığı SERP proqram təminatı I yer nominasiyasına layiq görülmüşdür.
Həmçinin SİNAM şirkətinin direktoru Əbüıfət Rəhmanov Forumun “Mühasibat uçotu proqramları təminatında müasir çağırışlar” sesiyasının həm moderatoru olmuşdur, həm də spiker qismində “Kiçik və orta sahibkarlıqda mühasibatlıq üzrə proqram təminatının tətbiqinin problemləri” mövzusunda məruzə ilə çıxış etmişdir.