[13.08.2006]
Mr. Aliyev, President of the SINAM Company, made a statement on ICT theme at the business forum in USA
13 iyul 2006-cı il tarixində ABŞ-da yüksək texnologiyalar sahiəsində
I Azərbaycan-Amerika biznes forumu keçirilmişdir. Forumda SİNAM şirkətinin
prezidenti Elçin Əliyev də iştirak edirdi. AZTV-I dövlət kanalmm «Səhər» teleproqrammm Elçin Əliyevlə keçirdiyi telemüsahibə məhz bu foruma həsr
edilmişdi.
Aparıcı: Siz bu tədbirin iştirakçısı olmuş və Azərbaycanın biznes sektorunun təmsilçisi kimi forumda prezentasiya ilə çıxış etmisiniz. Bu forumda nə kimi məsələlər müzakirə olundu?
Qeyd etmək istərdim ki, Azərbaycan heyətinin səfəri, ölkə başçısı İlham Əliyevin ABŞ-a rəsmi səfərindən sonra həyata keçən ilk səfər idi. Azərbayjanın İKT-rı sektoru üçün bu səfər böyük əhəmiyyət kəsb edirdi, çünki, biz dünyada İKT sahəsində lider olan ABŞ-da ölkəmiz haqqında daha geniş məlumat yaymaq imkanına malik idik. Forumda və bir sıra digər görüşlərdə biz ölkəmizdə adı çəkilən sektorun potensialı və respublikamızın investisiya imkanlarından bəhz edirdik..
Xüsusi olaraq qeyd etmək istərdim ki, ölkəmizin İnformasiya texnologiyaları və Rabitə və informasiya texnologiyaları nazirliyi bu səfər çərçivəsində ölkənin biznes sektoru nümayəndələri ilə əməkdaş qismində çıxış edirdi. 3P (private/public/partnership) kimi tanınan bu əməkdaşlıq,
İKT-nin inkişafı məqsədilə aparıcı qərb ölkələrində tətbiq edilir. Buna görə də, SİNAM-ın və digər iki Azərbaycan İKT şirkətinin iştirakı bu qabaqcıl təcrübənin mənimsənilməsi oldu.
Bütün görüşlərdə və forumda əsas məqsəd Azərbaycan və ABŞ arasında əməkdaşlığın genişləndirilməsi oldu. Mövcud potensial imkan verir ki, Azərbaycan bütün sahələr, o cümlədən də İKT sahəsi üzrə, regionda ABŞ-ın strateci partnyoru kimi çıxış etsin. Bununla əlaqədar, biznes sektor bu əməkdaşlığın mühüm elementinə çevrilə bilər. Məsələ bundadır ki, hər hansı bir sahənin inkişafı üçün dövlət hər bir şərait yarada bilər, lakin yerli partnyorlar bu prosesdə bilavasitə iştirak etməzsə investisiyaların həcmi çox az ola bilər. Müsbət haldır ki, bu problemlər ikitərəfli görüşlər zamanı müzakirə olundu. Xüsusi olaraq, HP, Cisco, Microsoft və Intel görüşlərini qeyd etmək istərdim. Məsələn, Intel ilə görüş zamanı biz Azərbaycanda regional İnnovasiya Mərkəzinin yaradılması təşəbbüsü ilə çıxış etdik. İntel müxtəlif regionlarda beş belə mərkəzlərə malikdir. İntel-in Azərbaycanı Transxəzər rakursunda görməsi həmçinin diggətəlayiqdir. Lakin, bunun üçün Azərbaycan qanunvericiliyini təkmilləşdirməli, xüsusi iqtisadi zona yaratmalı və bir sıra digər addımlar atmalıdır.
Aparıcı: Hal-hazırda Azərbaycanda İKT neft sektorundan sonra üstünlük təşkil edən sahədir. Sizin fikrinizcə, bunun səbəbi nədir?
Ölkə Prezidenti İlham Əliyev hələ 2003-cü ildə Ümumdünya sammitinin Cenevrə mərhələsində belə bir bəyanatla çıxış etmişdi - «gəlin qara qızılı insan qızılına çevirək». Bu iddianın praktiki həlli məhz İKT-dır. Məsələn, iqtisadiyyatın digər sahələrinin inkişafı tikinti və istehsalat sahələrinin yaradılmasına sərf edilən külli miqdarda vəsait tələb edir. İKT-nın inkişafı üçün isə yalnız intellektual resurs tələb olunur.
Bundan əlavə, Azərbaycan yaxşı infrastruktura malikdir. Bizim respublikamız regionda yeganə ölkədir ki, Avropanın fibrooptik magistralınıa çıxışı var.
İntellektual məhsulun yaradılmasına gəldikdə isə, mən bizim şirkətin fəaliyyətini misal gətirə bilərəm. Hal-hazırda SİNAM Avropa, ABŞ və Asiyanın regionundan sifarişləri həyata keçirir. Digər Azərbayjan şirkətləri də analoji imkanlara malikdir.
Azərbaycan Hindistan, Çin və digər ölkələrin təcrübəsini mənimsəyə bilər, hansıların ki, iqtisadiyyatının üstünlük təşkil edən sahəsi məhz İKT-dir.
Sizə deyim ki, 2009-2015-ji illərdə Azərbaycanda neftçıxarma pik vəziyyətinə çatacaq, ancaq 2025-ci ildən sonra çıxarılan neftin həcmi getdikcə azalacaq. Biz indidən özümüzə sual verməliyik ki, bəs sonra nə baş verəcək? Neftən gələn gəlir azaldıqdan sonra Azərbaycan hansı inkişaf yolunu tutacaq? Bu səbəbdən də biz İKT potensialının artırılması konsepsiyasının tərəfdarıyıq.
Aparıcı: Sizin fikrinizcə, regionda Azərbaycan hər hansı bir rəqabət gücünə malikdirmi?
İKT-nın inkişaf səviyyəsi və göstəriciləri üzrə Azərbaycan regiondakı digər ölkələrdən hətta üstün vəziyyətdədir. Bundan əlavə, Azərbaycanda təhsil, infrastruktur, elektron hökumət və digər sahələr üzrə genişmiqyaslı layihələr həyata keçirilir.
R” factory on electronic equipment assembling was created in Mingechevir. It's the first conveyer hi-tech production factory in the Central Asia and South Caucasus region. This factory has the international ISO certificate . It should be also noted that “ KUR ” already participates and wins international tenders .
|